Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Orban: Macarıstan, Slovakiya, ABŞ və Türkiyə Zelenskini NATO sammitində görmək istəmir
dünya

Orban: Macarıstan, Slovakiya, ABŞ və Türkiyə Zelenskini NATO sammitində görmək istəmir

24-06-2025 22:00 33 Views
IMG

NATO-nun Haaqa sammitinin təşkilatçıları Vladimir Zelenskini görüşlərinə dəvət etməyiblər, çünki ABŞ, Türkiyə, Slovakiya və Macarıstan liderləri alyans məsələlərinə gəldikdə onunla bir masa arxasında oturmaq istəmirlər.

Tvit.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Zelenskinin Hollandiyada işçi görüşlərdə iştirak etməməsini şərh edərkən deyib.

"Diplomatiyada olduğun deyil, olmadığındır. Cənab Zelenskinin NATO sammitində heç bir rəsmi formada iştirak etməyəcəyi açıq şəkildə göstərir ki, əvvəlki fəsil bitib. Amerikalılar, türklər, slovaklar və biz açıq şəkildə bildirdik ki, biz cənab Zelenski ilə bir masa arxasında oturmaq istəmirik", - deyə o, bildirib.

O qeyd edib ki, Zelenskini NATO sammitindən dərhal sonra iyunun 26-27-də Brüsseldə keçiriləcək Aİ sammitində görməkdən şad olacaq. Eyni zamanda, baş nazir Ukraynanın bu təşkilatlara qəbul edilməsinin əleyhinə olduğunu təsdiqləyib.

Aysel Şirinova