Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Serbiya Daxili İşlər Nazirliyi hökuməti zorla devirmək cəhdinin qarşısını alıb
dünya

Serbiya Daxili İşlər Nazirliyi hökuməti zorla devirmək cəhdinin qarşısını alıb

25-06-2025 23:00 20 Views
IMG

Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə konstitusiya quruluşunu zorakılıqla devirməyə cəhddə şübhəli bilinən 6 nəfəri saxlayıblar.

Tvit.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar odlu silahdan istifadə etməklə dövlət məmurlarına basqın etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, dövlət binalarına, digər dövlət qurumlarına, habelə Serbiyanın Radio və Televiziyasının (RTS), Happy TV kanalının və İnformer portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Şübhəlilərdən birinin avtomobilinə baxış zamanı seriya nömrəsi pozulmuş tapança, içərisində 7 ədəd patron olan magazin və 25 ədəd əlavə patron olan qutu aşkar edilib.