İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur.
Tvit.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.
O bildirib ki, İşsizlikdən Sığorta Fondunun xərcləri 319.2 milyon manat olacaq:
"Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdənn sığorta üçün istifadə edilirsə, ya fondun xərclərinin strukturunun yenidən təhlilinə, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur. Göründüyü kimi fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu" adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı".