Ginnesin Rekordlar Kitabına rəsmi olaraq dünyanın ən kiçik seriya avtomobili adı verilmiş zeytun yaşılı Peel P50 14 noyabrda hərraca çıxarılacaq.
Tvit.az xəbər verir ki, avtomobil İngiltərənin Uorvikşir şəhərindəki Iconic Auctioneers tərəfindən satışa çıxarılacaq.
3 təkərli mikrokarın 40.000 ilə 60.000 funt sterlinq arasında qiymətə satılacağı gözlənilir. Men adasında istehsal olunan bu nəqliyyat vasitəsi yalnız bir yetkin və bir sərnişin üçün uyğundur.
Elmin Alışov