Qətər sahillərində neft tankeri iki naməlum mərminin hədəfinə çevrilib.
Tvit.az xəbər verir ki, bunu Britaniya Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatının məlumat yayıb.
Məlumata görə, hadisə Qətərin Mədinət əş-Şamal şəhərindən 50 dəniz mili şimalda baş verib. Tankerə iki naməlum mərminin dəydiyi bildirilsə də, gəminin heyətinin vəziyyəti, maddi ziyanın miqyası və ətraf mühitə mümkün təsirlər barədə hələlik məlumat yoxdur.
Elmin Alışov