Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin ordusu bu ölkələrlə strateji dialoqu gücləndirib
dünya

Çin ordusu bu ölkələrlə strateji dialoqu gücləndirib

25-12-2025 12:00 9 Views
IMG

Çinin Xalq Azadlıq Ordusu (XAO) 2025-ci ildə Rusiya, ABŞ və Avropa İttifaqı ilə strateji dialoqu gücləndirib.

Tvit.az xəbər verir ki,  u barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bildirib.

O, brifinq zamanı qeyd edib ki, cari ildə Çinin hərbi diplomatiyası dövlət və partiyanın ümumi prioritetləri ilə sıx bağlı olub, ali rəhbərliyin strateji göstərişlərinə uyğun şəkildə həyata keçirilib və əsas diqqət döyüş hazırlığına yönəlib.

“Birincisi, biz Rusiya, ABŞ və Avropa tərəfi ilə strateji qarşılıqlı əlaqəni möhkəmləndirdik”, – deyə o vurğulayıb.

“Cari ildə Çinin hərbi diplomatiyası dövlət və partiyanın ümumi prioritetləri ilə sıx bağlı olub, ali rəhbərliyin strateji göstərişlərinə uyğun şəkildə həyata keçirilib və əsas diqqət döyüş hazırlığına yönəlib,” – deyə o, brifinqdə bildirib.