Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Ərdoğanın bu istəyini alqışlayıram - Paşinyan
dünya

"Ərdoğanın bu istəyini alqışlayıram - Paşinyan

25-12-2025 13:00 15 Views
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin əvvəlində İrəvanla münasibətlərin normallaşdırılması istiqaməti ilə bağlı nitqini alqışlayıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Mən bu istəyi alqışlayıram. İkitərəfli dialoqumuz səviyyəsində artıq o məqam yetişib ki, simvolik deyil, hətta konkret addımlar atılmalıdır. Ümid edirəm ki, bu addımlar atılacaq", - deyə o, bildirib.

Qeyd edək ki,  Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin əvvəlində Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində bəzi simvolik addımlar gözlənilə biləcəyini deyib. O, dəqiq olaraq hansı tədbirlərdən söhbət getdiyini açıqlamayıb.

 

Aysel Şirinova