ABŞ-ın Florida ştatında Baham adalarına gedən özəl Learjet 60 təyyarəsi yaşayış məntəqəsinə çırpılaraq alovlanıb.
Tvit.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Hadisə nəticəsində göyərtədəki 9 nəfər həlak olub. Məlum olub ki, pilot qəzadan bir neçə saniyə əvvəl buzlanma və turbulentlik barədə məlumat verib. Təyyarə qəzaya uğradıqdan sonra güclü partlayış baş verib və təyyarənin qalıqları alov içində qalıb.
Elmin Alışov