Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya-Ukrayna müharibəsi Qara dənizdə 100 mindən çox delfinin ölümünə səbəb oldu
dünya

Rusiya-Ukrayna müharibəsi Qara dənizdə 100 mindən çox delfinin ölümünə səbəb oldu

02-11-2026 09:00 14 Views
IMG

Mütəxəssislər Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan bəri Qara dənizdə 120 mindən çox delfinin öldüyünü təxmin edirlər.


Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Tuzlı Laqunları Milli Təbiət Parkının baş tədqiqatçısı İvan Rusev deyib.


O qeyd edib ki, partlayışlar, raket zərbələri və hərbi sonar sistemləri delfinlərin naviqasiya və ov üçün istifadə etdiyi exolokasiya qabiliyyətini pozur. Qidalana bilməyən delfinlər arıqlayırlar və dəniz çirklənməsi immun sistemini zəiflətməklə ölümcül ola bilər.


Elmin Alışov