Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT Baş katibi ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yanlış adlandırıb
dünya

BMT Baş katibi ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yanlış adlandırıb

02-11-2026 11:00 17 Views
IMG

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yanlış hesab etdiyini bildirib.

 

Tvit.az xəbər verir ki, baş katib bu barədə İspaniyanın “El País” qəzetinə müsahibəsində danışıb.

 

“Görünən odur ki, ABŞ-ın Rusiya və Ukrayna arasındakı münaqişəyə dair mövqeyi yanlışdır. Mən yaxın perspektivdə münaqişənin həlli imkanını görmürəm”, – deyə Quterreş vurğulayıb.

 

BMT rəhbəri Rusiya-Ukrayna münaqişəsinin qısa müddətdə nizamlanacağına ümid etmədiyini qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl amerikalı mühafizəkar jurnalist Benni Consona müsahibəsində Ukrayna münaqişəsinin həlli istiqamətində sülh razılaşmasının əldə olunmasına yaxınlaşıldığını bəyan edib.

 

Aysel Şirinova