Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Xankəndidə "Buta Farm" MMC-nin təşkilatçılığı ilə ödənişsiz tibbi müayinələr keçirilib
sosial

Xankəndidə "Buta Farm" MMC-nin təşkilatçılığı ilə ödənişsiz tibbi müayinələr keçirilib

03-11-2026 14:00 13 Views
IMG

"Buta Farm" MMC-nin sosial məsuliyyət təşəbbüsü çərçivəsində Xankəndi sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası təşkil olunub.

Oktyabrın 29-30-da "Buta Farm" MMC-nin təşkilatçılığı, "Baku Medical Plaza" və Xankəndi Tibb Mərkəzinin dəstəyi ilə Xankəndidə keçirilən aksiya çərçivəsində yerli sakinlərə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib. Təşəbbüsün əsas məqsədi əhalinin sağlamlığının qorunmasına töhfə vermək və xüsusilə həssas əhali qruplarına dəstək göstərmək olub.

İki gün davam edən aksiya yerli əhali tərəfindən böyük rəğbət və aktivliklə qarşılanıb. Tədbir çərçivəsində peşəkar həkim heyəti tərəfindən vətəndaşlara müxtəlif istiqamətlər üzrə müayinələr həyata keçirilib, onlara sağlam həyat tərzi və profilaktik tədbirlərlə bağlı zəruri məsləhətlər verilib.

Aksiyanın ən əhəmiyyətli sosial istiqamətlərindən biri həssas əhali qruplarına yönəlib. Sosial müavinət alan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinin üzvlərinə və ahıl vətəndaşlara xüsusi "Buta Qayğı" kartı təqdim olunub.

Bu kart sahiblərinə "Buta" apteklər şəbəkəsindən dərman vasitələri və tibbi ləvazimatları daha güzəştli şərtlərlə əldə etmək imkanı qazandırır. Sosial həmrəyliyin bariz nümunəsi olan bu təşəbbüs yerli sakinlər tərəfindən xüsusi minnətdarlıqla qarşılanıb. Eyni zamanda, aksiyada iştirak edən hər bir vətəndaşa xüsusi hədiyyələr təqdim olunub.

 

Tədbirin əhəmiyyəti barədə danışan "Buta Farm" MMC-nin direktoru Emil Məmmədov qeyd edib:

"Xankəndi şəhərində həyata keçirdiyimiz bu tibbi aksiya xalqımıza, xüsusilə də həssas kateqoriyadan olan soydaşlarımıza diqqət və qayğımızın təzahürüdür. "Baku Medical Plaza" ilə birlikdə vətəndaşlarımızın sağlamlığının qorunmasına töhfə vermək bizim üçün qürurvericidir. Təqdim etdiyimiz "Buta Qayğı" kartı isə veteranlarımızın, şəhid ailələrinin və ahıllarımızın gündəlik həyatında onlara sosial dəstək olmaq məqsədi daşıyır. Bu cür xeyirxah təşəbbüslərimiz bundan sonra da davam edəcək."

Aksiya çərçivəsində yüzlərlə sakinin sağlamlıq durumu yoxlanılıb, onların tibbi ehtiyaclarının qarşılanmasına dəstək göstərilib. Təşkilatçılar bölgədə bu kimi sosial layihələrin davamlı olacağını bildiriblər.

"Buta Farm" MMC haqqında

"Buta Farm" MMC Azərbaycanda fəaliyyət göstərən farmasevtik və aptek şəbəkəsi yönümlü şirkətdir. Şirkət dərman vasitələrinin və tibbi məhsulların təqdim edilməsi, aptek xidmətlərinin təşkili və əhalinin sağlamlıq ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, "Buta Farm" sosial məsuliyyət layihələrinə xüsusi önəm verir və cəmiyyətin həssas qruplarına dəstək yönümlü təşəbbüslərdə aktiv iştirak edir.