Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır
sosial

İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır

04-11-2026 11:00 13 Views
IMG

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində artım nəzərdə tutulur.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

 

Belə ki, üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37.58 manatdan 100 manata qaldırılır.