Göygöldə avtomobillər toqquşub.
Tvit.az-ın məlumatına görə, hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.