Bakıda qatarlararası intervallar azalacaq.
Tvit.az xəbər verir ki, bunu AzTV-ə açıqlamasında “Bakı Metropoliteni” QCS-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, Bakı Metropolitenində uzun illərdir istifadə edilən siqnalizasiya sisteminin 2030-cu ilin sonunadək CBTC rabitə əsaslı müasir qatar idarəetmə texnologiyası ilə əvəzlənməsi planlaşdırılır.
Yeni layihənin tətbiqi intervalların azaldılması, qatarların hərəkətinin dəqiq idarəolunmasına, imkan yaradacaq. Bu isə xüsusilə səhər və axşam saatlarında sərnişin sıxlığının yüksək olduğu Bakı metrosu üçün mühüm əhəmiyyət daşıyır.