Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın Çelyabinsk və Tümen şəhərlərinə yeni aviareyslər istifadəyə veriləcək.
Tvit.az xəbər verir ki, uçuşları Özbəkistanın Centrum Air aviaşirkəti həyata keçirəcək.
Məlumata görə, Daşkənd–Çelyabinsk–Daşkənd marşrutu üzrə uçuşlara 4 dekabr 2026-cı ildən başlanılacaq. Reyslər həftədə iki dəfə yerinə yetiriləcək.
Daşkənd–Tümen–Daşkənd marşrutu üzrə uçuşlar isə 3 yanvar 2027-ci ildən etibarən həftədə bir dəfə həyata keçiriləcək.