Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.
Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Ermənistanın Moskvadakı səfiri arasında keçirilən görüş zamanı məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlər və regional gündəlikdəki aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, Arsenyan Rusiya-Ermənistan münasibətlərinə verdiyi töhfəyə görə mükafatlandırılıb.