Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubunda qadağan olunmuş marşrutla hərəkət etməyə cəhd göstərən 4 neft tankerinin dəniz minalarına düşərək məhv olduğunu iddia edib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
SEPAH, eləcə də tranzit məhdudiyyətlərini pozduqları üçün daha 2 gəminin saxlanıldığını açıqlayıb. Bəyanatda tankerlərin və saxlanılan gəmilərin adları, hansı ölkələrin bayrağı altında üzdükləri və kimə məxsus olduqları barədə məlumat verilməyib.
Elmin Alışov