Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kremldən Trampın Ukrayna ilə bağlı sülh səylərinə dair açıqlama
dünya

Kremldən Trampın Ukrayna ilə bağlı sülh səylərinə dair açıqlama

04-11-2026 16:00 19 Views
IMG

Kreml ABŞ Prezidenti Donald Trampın seçkilərdən sonra da Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyinə ümid edir.

 

Trend xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Prezident Donald Tramp səlahiyyətlərini icra etməyə davam edir. Biz səmimi şəkildə ümid edirik ki, o, sülhməramlı səylərini də davam etdirəcək. Artıq müəyyən nəticələr və razılaşmalar istiqamətində görülmüş işlər var. Çox yaxın zamanda üçtərəfli danışıqların növbəti raundu keçiriləcək”, – deyə Peskov qeyd edib.

 

Kreml sözçüsü ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar istiqamətdə həyata keçirdiyi təşəbbüslərə də toxunub. O, bu səylərin uğurlu olduğunu vurğulayaraq, həm diplomatik, həm də humanitar istiqamətdə fəaliyyətin davam etdiriləcəyinə ümid etdiklərini bildirib.

 

Aysel Şirinova,

Tvit.az