Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ səfiri: Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir
dünya

Aİ səfiri: Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarını qəbul etməlidir

04-11-2026 21:00 11 Views
IMG

 Gürcüstan gələcəkdə Aİ-yə üzv olmaq istəyirsə, qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalıdır.

 

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

 

O, bu barədə xarici təsirlərin şəffaflığı haqqında qanunla bağlı jurnalistin sualını cavablandırarkən danışıb.

Səfirin sözlərinə görə, Gürcüstan ABŞ, Rusiya və ya Çin deyil, məhz Avropa qanunvericiliyinə uyğun qərarlar qəbul etməlidir.

Qeyd edək ki, jurnalistin sualı xarici təsirin şəffaflığı haqqında qanuna aid olub. Həmin qanunun ABŞ-ın xarici agentlərin qeydiyyatı haqqında FARA qanunundan birbaşa tərcümə edildiyi bildirilir.